...

Azərbaycan Parlamentinin spikerinin İrana səfəri tarixi müəyyənləşib

Siyasət Materials 8 Fevral 2010 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral / Trend , müxbir S.Ağayev/

Azərbaycan Parlamentinin spikeri Oktay Əsədov fevralın 20-22-i İrana rəsmi səfər edəcək. Bu barədə Azərbaycanın İrandakı səfirinin məsləhətçisi İlham Zamanov Trend -a məlumat verib.

Əsədovun Tehrana iranlı həmkarı Əli Laricaninin dəvəti üzrə səfəri bu ölkənin eks-spikeri Qulaməli Xədat Ədilyanın ölkəmizə səfərinə cavab olacaq.

Səfər zamanı Əsədovun İran Prezidenti Mahmud Əhmədinejad, XİN-nin rəhbəri Mənüçöhr Möttəki və digər rəsmi şəxslərlə görüşü gözlənilir.

Xəbər lenti

Xəbər lenti