...

Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Fevral 2010 13:14 (UTC +04:00)
Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Celal Cem Oğuz Azərbaycana səfər edəcək.
Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir S.Ağayeva/

Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Celal Cem Oğuz Azərbaycana səfər edəcək.

Səfər Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə fevralın 8-11-də olacaq. Bu barədə SAM-ın məlumatında deyilir.

Səfər çərçivəsində türkiyəli alim Azərbaycanın rəsmi şəxsləri, elm xadimləri, beynəlxalq məsələlər üzrə mütəxəssislər ilə bir sıra görüş keçirəcək.

Avrasya regionu üzrə, Türkiyənin xarici siyasəti üzrə və Türkiyə-Rusiya əlaqələri üzrə tanınmış mütəxəssis Cem Oğuz 1997-2001-ci illərdə Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi və Türkiyə XİN-in nəzdində layihənin əlaqələndiricisi vəzifəsində işləyib, Rusiya, Almaniya, İsrail və digər ölkələrin arxivlərində "erməni soyqırımı"na dair bir sıra araşdırmalar aparıb.

Xəbər lenti

Xəbər lenti