...

Bakıda yol qəzaları zamanı 33 nəfər ölüb

Siyasət Materials 10 Fevral 2010 13:03 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev çərşənbə günü Trend News-a bildirib ki, ölümlə nəticələnən hadisələrin 1-i, xəsarətalma ilə nəticələnən qəzaların 4-ü açılmamış qalıb. Qeydə alınan qəzalardan 10-u uşaqlarla bağlı olub. Həmin qəzalar nəticəsində 5 uşaq ölüb, 5-i isə xəsarət alıb.
Bakıda yol qəzaları zamanı 33 nəfər ölüb

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında bu ilin yanvarında 99 yol qəzası nəticəsində 33 nəfər ölüb, 84 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev çərşənbə günü Trend -a bildirib ki, ölümlə nəticələnən hadisələrin 1-i, xəsarətalma ilə nəticələnən qəzaların 4-ü açılmamış qalıb. Qeydə alınan qəzalardan 10-u uşaqlarla bağlı olub. Həmin qəzalar nəticəsində 5 uşaq ölüb, 5-i isə xəsarət alıb.

Hesabat dövründə ümumilikdə 11198 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.

Qeydə alınan pozuntuların 569-u avtomobilin sərxoş idarə olunması, 246-sı qəza şəraiti yaratma, 97-si tabe olmama, 1071-i işıqforun qırmızı işığını keçmə, 1520-si sürət həddini aşma, 1541-i yol nişanlarının tələbini pozma, 57-si avtoxuliqanlıq, 1454-ü ötmə-manevr qaydalarını pozma, 678-i avtomobili vəsiqəsiz idarə etmə olub.

Hənifəyev bildirib ki, ötən ay 1372 sürücü yerində cərimələnib, 2048 piyada yol hərəkət qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəl edilib və cərimələnib.

Yanvar ayında sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 87 fakt qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti