...

Azərbaycanda müsadirə edilən dini kitablar Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunub

Siyasət Materials 10 Fevral 2010 14:38 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən çərşənbə günü Trend News-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunan dini kitablar ayrı-ayrı vaxtlarda gömrük nəzarətindən kənar aparılmasına cəhd göstərilərkən Tovuz və Xaçmaz gömrük idarələri tərəfindən saxlanılıb və "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyə təhvil verilib.
Azərbaycanda müsadirə edilən dini kitablar Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunub

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan gömrük orqanları tərəfindən müsadirə edilən dini kitablar Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunub.

Dövlət Gömrük Komitəsindən çərşənbə günü Trend -a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunan dini kitablar ayrı-ayrı vaxtlarda gömrük nəzarətindən kənar aparılmasına cəhd göstərilərkən Tovuz və Xaçmaz gömrük idarələri tərəfindən saxlanılıb və "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyə təhvil verilib.

51 adda və 1923 ədəd olan bu kitablar İslam dininə aid olub, əsasən 2000-ci illərdə Türkiyə və İranda nəşr edilib.

Türk və Azərbaycan dillərində olan bu kitablar arasında Mədinə şəhərində ərəbcə nəşr edilmiş Qurani-Kərim də var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyinə əsasən, sözügedən kitabların ölkə ərazisində yayılması məqsədəuyğun sayılıb və onları Qafqaz Müsəlmanları İdarəsinə bağışlamaq qərara alınıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev bildirib ki, sözügedən kitablar idarənin kitabxanasında yerləşdiriləcək, İslam dininin tarixi və əsaslarını dərindən öyrənmək istəyənlərə bir töhfə olacaq.

Xəbər lenti

Xəbər lenti