...

Kaliforniyada Azərbaycan və ABŞ şirkətlərinin yeni texnologiyalar sahəsində əməkdaşlıq prespektivləri müzakirə olunub

Siyasət Materials 16 Fevral 2010 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir M.Əliyev/

Kaliforniyada Silikon vadisi şirkətlərinin və Azərbaycanın yeni texnologiyalar sahəsində əməkdaşlıq prespektivləri müzakirə edilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu çərşənbə axşamı Trend -a bildirib.

Sözügedən məsələ baş konsul Elin Süleymanov və konsul Elman Abdullayevin San Xose şəhərinin meri Çak Rid ilə Azərbaycanın baş konsulluğu əməkdaşlarının Cənubi Kaliforniyaya səfəri zamanı görüşünün əsas mövzusu olub.

San-Fransisko şəhərində azərbaycanlı diplomatlar ABŞ-ın Yəhudi komitəsinin nümayəndələri ilə seminar keçirib. Burada həmçinin Avrasiya məkanında vəziyyətin inkişafı kontekstində İsrail və ABŞ ilə Azərbaycanın əlaqələri məsələləri müzakirə olunub.

"The Commonwealth Club of California" klubunda çıxış edən Süleymanov Azərbaycan rəhbərliyinin regionda inteqrasiya və enerji təhlükəsizliyinin təmin edilməsinə yönələn siyasəti haqqında danışıb. Xəzərdə enerji resursları mözvusu da diplomatların çıxışlarında diqqət mərkəzində olub.

Xəbər lenti

Xəbər lenti