...

Azərbaycanın xarici işlər naziri GUAM-ın baş katibini qəbul edib

Siyasət Materials 17 Fevral 2010 12:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeriy Çeçelaşvilini qəbul edib, çərşnbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri GUAM-ın baş katibini qəbul edib

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir M.Əliyev/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeriy Çeçelaşvilini  qəbul edib, çərşnbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər münasibətlərin cari vəziyyəti haqqında fikir mübadiləsi aparmış, habelə iqtisadi, humanitar, turizm, nəqliyyat, GUAM-ın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və digər sahələrdə əməkdaşlığın perspektivi məsələlərini müzakirə ediblər.

Həmçinin görüş zamanı GUAM üzv ölkələrinin əməkdaşlığının inkişaf mərhələləri və münasibətlərin intensivləşdirilməsi zəruriliyi məsələləri müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti