Qərb ölkələri İrana qarşı gücsüzdür, İransız onlar heç nə edə bilməzlər. İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə axşamı Xorasan əyalətində İRİNN telekanalının birbaşa efirində öz çıxışı zamanı bildirib.
"Əgər Qərb İrana əlini uzatmağa hazırdırsa, biz onu tutacağıq,- o bildirib. -Yox əgər Qərb ölkələri İrana hücumu qərara alsalar, iranlılar bu əli kəsəcək".
Əhmədinejad əlavə edib ki, Qərb ölkələri İrana hücum etdiyi təqdirdə bütün region ölkələri, o cümlədən Suriya, Livan, Fələstin və Misir onlara qarşı çıxacaq.