...

ATƏT PA rəhbərinin Azərbaycana səfəri martın ortalarında təşkil olunacaq

Siyasət Materials 23 Fevral 2010 15:58 (UTC +04:00)
Assambleyanın prezidenti Joao Soareşin rəhbərliyi ilə ATƏT Parlament Assambleyası nümayəndə heyəti və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə Qoran Lenmarker martın ortalarında Azərbaycana üçgünlük səfər edəcək.
ATƏT PA rəhbərinin Azərbaycana səfəri martın ortalarında təşkil olunacaq

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir Y.Ostapenko/

Assambleyanın prezidenti Joao Soareşin rəhbərliyi ilə ATƏT Parlament Assambleyası nümayəndə heyəti və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə Qoran Lenmarker martın ortalarında Azərbaycana üçgünlük səfər edəcək. Bu barədə ATƏT-in rəsmi məlumatında deyilir.

ATƏT PA-nın bütün Cənubi Qafqaz regionuna səfər çərçivəsində Azərbaycana səfəri mart ayının 13-16-da təşkil ediləcək. Soareş və Lenmarkerin səfəri martın 9-10-da Gürcüstandan başlayacaq, martın 10-13-də Ermənistanda davam edəcək və Azərbaycanda başa çatacaq.

Bu, ATƏT PA sədrinin regiona ilk rəsmi səfəridir.

Hər üç ölkədəki danışıqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə, həmçinin 2008-ci ilin avqust münaqişəsindən sonra Gürcüstandakı vəziyyətə aid olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti