Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ölkə prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında böyük xidmətlərinə görə Əliyeva Elmira İsmayıl qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.