...

Azərbaycan Prezidenti Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 3 Mart 2010 18:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O.Çanın etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O.Çanın etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Prezident Sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Pedro O.Çan etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Söhbət zamanı ikitərəfli münasibətlər və əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti