...

Azərbaycan Prezidenti Qaradağ və Qəbələ rayonlarına və Lənkəran şəhərinə yeni icra hakimiyyəti başçılarını təyin edib

Siyasət Materials 5 Mart 2010 04:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Süleyman Surxay oğlu Mikayılovun Bakı şəhəri Qaradağ rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti Qaradağ və Qəbələ rayonlarına və Lənkəran şəhərinə yeni icra hakimiyyəti başçılarını təyin edib

Azərbaycan Prezidenti İlham Əliyev Süleyman Surxay oğlu Mikayılovun Bakı şəhəri Qaradağ rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Digər sərəncamı ilə İlham Əliyev Hüseyn İsrafil oğlu İsrafilovu Bakı şəhəri Qaradağ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

İlham Əliyev həmçinin Tofiq Hüseyn oğlu İbrahimovun Lənkəran şəhəri İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.

Daha bir sərəncamla Azərbaycan Respublikasının Prezidenti Süleyman Surxay oğlu Mikayılovu Lənkəran şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Hüseyn oğlu İbrahimovun Qəbələ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Digər sərəncamla Prezident İlham Əliyev Səbuhi Məhəmməd oğlu Abdullayevi Qəbələ rayonu İcra hakimiyyətinin başçısı təyin edib.

Xəbər lenti

Xəbər lenti