...

Azərbaycanda ədliyyə orqanlarının 24 əməkdaşı orqanlardan xaric edilib

Siyasət Materials 12 Mart 2010 14:46 (UTC +04:00)
Azərbaycanda ədliyyə qurumlarının 24 əməkdaşı orqanlardan xaric edilib. Trend News-un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin rəsmi saytında nazir müavini Toğrul Musayevə istinadən xəbər verilir.
Azərbaycanda ədliyyə orqanlarının 24 əməkdaşı orqanlardan xaric edilib

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ədliyyə qurumlarının 24 əməkdaşı orqanlardan xaric edilib. Trend -un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin rəsmi saytında nazir müavini Toğrul Musayevə istinadən xəbər verilir.

Nazir müavini bildirib ki, həmin şəxslər fəaliyyətlərində qanun pozuntuları və ciddi nöqsanlara yol verdikləri üçün ədliyyə orqanlarından xaric olunmaqla qulluq keçmələrinə xitam verilib.

Ümumilikdə isə, ötən il nazirlik və tabe qurumlar üzrə 258 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Onlardan 22-si tutduğu vəzifədən azad olunub.

Ötən il Ədliyyə Akademiyasında 530-dan çox ədliyyə və məhkəmə işçisi, bələdiyyə üzvü və qulluqçuları, habelə digər hüquqşünaslar tədrisə cəlb ediliblər.

Xəbər lenti

Xəbər lenti