...

Azərbaycan müxalifətinin yeni seçki bloku təsis olunmaya bilər – partiya sədri İqbal Ağazadə

Siyasət Materials 17 Mart 2010 12:06 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasnın sədri hesab edir ki, "Azadlıq" bloku ilə birgə yeni seçki bloku yaradılması təklifinın baş tutmaması ehtimalı var.
Azərbaycan müxalifətinin yeni seçki bloku təsis olunmaya bilər – partiya sədri İqbal Ağazadə

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasnın sədri hesab edir ki, "Azadlıq" bloku ilə birgə yeni seçki bloku yaradılması təklifinın baş tutmaması ehtimalı var.

"Mən seçki blokunun yaradılması ideyasının uğurlu nəticələnəcəyini dəqiq bilmirəm. Amma bunun səbəblərini indidən söyləmək istəmirəm", - çərşənbə günü Trend -a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Ağazadənin sözlərinə görə, onun rəhbərlik etdiyi partiya müxtəliftərkibli birliklərin yaradılması prosesində birbaşa və dolayısı ilə iştirak edir.

"Biz "Azadlıq" bloku və Azərbaycan Demokrat Partıyasının iştirakı ilə yaranacaq yeni seçki bloku ilə də bağlı müzakirələrdə iştirak edirik. Amma hələ ki, müzakirələrin heç bir konkret nəticəsi yoxdur", - millət vəkili əlavə edib.

"Azadlıq" blokunda təmsil olunan partiya təmsilçiləri yeni seçki blokunun yaradılması üçün müəyyən prinsiplərinin olduğunu və bu səbəbdən digər partiyalarla aparılan müzakirələrin təxirə salındığını qeyd edirlər. Ağazadə isə bununla bağlı prinsipial fikir ayrılığının olmadığını vurğulayır. "Əgər "Azadlıq" blokunun hansısa prinsipləri varsa belə, mənim bundan xəbərim yoxdur", - o vurğulayıb.

Müхаlifəti təmsil еdən Ümid Pаriyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаriyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti