...

Azərbaycan Kommunist Partiyasının sədri RF Kommunist Partiyasının lideri Gennadi Züqanovla görüşəcək

Siyasət Materials 17 Mart 2010 14:37 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov martın 29-da Moskvada Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovla görüşəcək.
Azərbaycan Kommunist Partiyasının sədri RF Kommunist Partiyasının lideri Gennadi Züqanovla görüşəcək

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanov martın 29-da Moskvada Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovla görüşəcək. Bu barədə AKP MK-nın mətbuat xidmətinin məlumatında deyilir.

Görüş Kommunist Partiyalarının İcraiyyə Komitəsi Şurasının iclası çərçivəsində təşkil olunacaq və Qurbanov iclas iştirakçılarına Azərbaycan Kommunist Partiyasının respublikadakı vəziyyəti və rolu barədə danışacaq.

Azərbaycan Kommunist Partiyasının sədri həmçinin 14 mart 2010-cu ildə Rusiya Federasiyasında keçirilmiş seçkilər zamanı əldə etdiyi uğurla əlaqədar olaraq RFKP MK-nin sədrinə təbrik teleqramı göndərib.

Azərbaycan kommunistləri liderinin səfəri martın 26-dan 30-dək təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti