...

Rumıniya Qara dəniz və Xəzər hövzələrində stabilliyin və təhlükəsizliyin tərəfdarıdır – Rumıniya XİN rəhbəri

Siyasət Materials 18 Mart 2010 14:49 (UTC +04:00)
Rumıniya Qara dəniz və Xəzər hövzələrində stabilliyin və təhlükəsizliyin tərəfdarıdır. Bunu Rumıniyanın XİN rəhbəri Teador Bakonski cümə axşamı Bakıda deyib.
Rumıniya Qara dəniz və Xəzər hövzələrində stabilliyin və təhlükəsizliyin tərəfdarıdır – Rumıniya XİN rəhbəri

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.Ağayeva/

Rumıniya Qara dəniz və Xəzər hövzələrində stabilliyin və təhlükəsizliyin tərəfdarıdır. Bunu Rumıniyanın XİN rəhbəri Teador Bakonski cümə axşamı Bakıda deyib.

"Azərbaycan ilə strateji tərəfdaşlığın inkişafı Rumıniya üçün prioritetdir", - Rumıniya XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə danışıqlardan sonra brifinqdə deyib.

Bu məsələləri Rumıniya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin XİN rəhbərləri müzakirə ediblər. Əsas diqqət Azərbaycan və Rumıniya arasında əmtəə dövriyyəsinin artırılması üçün mövcud potensialdan istifadəyə yönəlib.

"Avropa Şurasının üzvü kimi Rumıniya Azərbaycanın struktura inteqrasiya etməsinə dəstək verməyə hazırdır", - Bakonski deyib.

Tərəflər, həmçinin, ikitərəfli əlaqələrin aktivləşdirilməsi, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi, həmçinin, siyasi məsləhətləşmələr üçün qərar qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti