...

Azərbaycanın müxalif "Ümid" partiyası özünün təsisçisi olduğu seçki blokunun yaradılmasının tərəfdarıdır

Siyasət Materials 27 Mart 2010 17:22 (UTC +04:00)
Azərbaycanın müxalif "Ümid" partiyası özünün təsisçisi olduğu seçki blokunun yaradılmasının tərəfdarıdır.
Azərbaycanın müxalif "Ümid" partiyası özünün təsisçisi olduğu seçki blokunun yaradılmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın müxalif "Ümid" partiyası özünün təsisçisi olduğu seçki blokunun yaradılmasının tərəfdarıdır.

"Biz müstəqil və özümüzün də təsisçisi olduğumuz seçki blokunun yaradılmasının tərəfdarıyıq. Əgər belə olmayacaqsa, bizim hər hansı bir bloka qoşulmaq barədə düşüncəmiz yoxdur". Şənbə günü Trend -a "Ümid" partiyasının sədri, deputat İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Azərbaycan Demokrat Partiyası "Azadlıq" bloku və Ümid Partiyasının iştirakı ilə yeni seçki blokunun yaradılması təklifi ilə çıxış edib. ADP ilə "Azadlıq" bloku arasında bu məqsədlə keçirilən müzakirələr davam edir.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

"Azadlıq" bloku "Ümid" partiyasının da yeni seçki blokunda təmsil olunması ilə bağlı təklifi tərəddüdlə qarşılayır", - öncə Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.


Ağazadə hesab edir ki, danışıqlar aparılaraq hansısa bir blok yarana bilər, ancaq bu blok bizim təsisçisi olduğumuz blok olmalıdır.

"Əks halda, partiyamız hansısa seçki blokuna qoşulmayacaq", - Ağazadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti