Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan polisi 18 il öncə törədilmiş qətlin üstünü açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, martın 31-də saat 15:30 radələrində, Corat qəsəbə sakini, 47 yaşlı Heybət Abbasov Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində idarəyə gətirilib.
Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 1992-ci ilin aprel ayında qardaşı Aydını bıçaqla qətlə yetirməsi müəyyən olunub.
Məlum olub ki, Abbasov qardaşının cəsədini Novxanı bağlar sahəsindəki bağ evi ərazisində torpağa basdırıb.
Aydın Abbasovun meyiti eksqumasiya edilib.
Faktla bağlı cinayət işi başlanıb.