...

Azərbaycan Müdafiə Nazirliyi hərbi komissarlıqların ləğv olunması barədə yayılan xəbərləri təkzib edib

Siyasət Materials 2 Aprel 2010 16:52 (UTC +04:00)
Hərbi komissarlıqların ləğvi barədə məlumat əsassızdır və hazırda da hərbi komissarlıqlar fəaliyyət göstərir.
Azərbaycan Müdafiə Nazirliyi hərbi komissarlıqların ləğv olunması barədə yayılan xəbərləri təkzib edib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Hərbi komissarlıqların ləğvi barədə yayılan məlumat əsassızdır və hazırda da hərbi komissarlıqlar fəaliyyət göstərir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib.

"Qanunvericiliyə görə, hərbi komissarlıqlar birbaşa Müdafiə Nazirliyinə tabe olan təşkilatdır, daha dəqiq ifadə etsəm, onun bir idarəsidir. Başqa idarələr kimi hərbi komissarlıqlar da bilavasitə müdafiə nazirinin rəhbərliyi altında fəaliyyət göstərir", - Sabiroğlu deyib.

Onun sözlərinə görə, hərbi komissarların bir hissəsi təqaüdə, digər hissəsi isə qoşunlarda xidmətə göndərilib. Aralarında elələri də olub ki, tutduqları vəzifəni layiqincə yerinə yetirmədiklərinə görə işdən uzaqlaşdırılıblar.

Bu günə kimi çağırışla əlaqədar nə qaynar xəttə, nə də vətəndaşların müraciətləri ilə əlaqədar yaradılmış komissiyaya əsaslı bir şikayət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti