...

Avropa Şurası Azərbaycana yeni həmməruzəçi təyin edəcək

Siyasət Materials 5 Aprel 2010 15:42 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri deyib ki, Avropa Şurasının Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunacaq.
Avropa Şurası Azərbaycana yeni həmməruzəçi təyin edəcək

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri deyib ki, Avropa Şurasının Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunacaq.

"Andreas Herkelin həmməruzəçi kimi səlahiyyət müddəti başa çatdığı üçün o, yeni həmməruzəçi ilə əvəzlənəcək", - Trend-in məlumatına görə, bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Seyidov deyib ki, yeni həmməruzəçinin müəyyənləşməsi Avropa Şurasının səlahiyyətindədir.

"Bu təyinatın AŞ PA-nın iyun sessiyasından sonra olacağı gözlənilir", - o əlavə edib.

Onun fikrincə, Azərbaycan üzrə yeni həmməruzəçinin kim olacağını indidən demək mümkün deyil.

"Bu, Avropa Şurasının səlahiyyətində olan məsələdir. İstəyirik ki, yeni həmməruzəçi öz işini yüksək səviyyədə həyata keçirsin. Bu şəxs Avropa Şurasının dəyərlərini həyata keçirməklə yanaşı, öhdəliklərin icrasını da monitorinq edir. Həmməruzəçi ölkənin daxili işlərinə qarışmamalı, hansısa tərəf tutmaqdan uzaq olmalıdır. Ümid edirik ki, belə də olacaq", - Seyidov vurğulayıb.

Andreas Herkel 2004-cü ildən AŞPA- nın Azərbaycan üzrə həmməruzəçisidir.

Xəbər lenti

Xəbər lenti