...

Azərbaycan Prezidenti Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədrini qəbul edib

Siyasət Materials 6 Aprel 2010 17:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şeeri qəbul edib.
Azərbaycan Prezidenti Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şeeri qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şeer Azərbaycanda sürətli iqtisadi inkişafın getdiyini qeyd edib. Ölkəmizdə energetika sahəsində böyük uğurlar əldə olunduğunu bildirən qonaq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə edilməsinə diqqət yetirdiyini deyib.

O, Azərbaycanın dünyada alternativ enerji mənbələrinə böyük önəm verən ölkələrdən biri olduğunu vurğulayaraq qeyd edib ki, səfərinin məqsədi bu sahədə Azərbaycanda həyata keçirilən işlərin hazırkı vəziyyəti və perspektivləri ilə yaxından tanış olmaqdan ibarətdir.

Dövlətimizin başçısı ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin uzunmüddətli enerji təminatının möhkəm əsaslarını yaradıb. Dövlətimizin başçısı qeyd edib ki, hazırda Azərbaycan alternativ enerji mənbələrinin yaradılmasına böyük diqqət verir və bu sahədə dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti