...

Polşa Prezidentinin həlak olması faktı təsdiqlənərsə, dövlət başçısı funksiyasını Seymin marşalı Bronislav Komorovski yerinə yetirəcək

Siyasət Materials 10 Aprel 2010 14:48 (UTC +04:00)
Polşa Pezidenti Lex Kaçinskinin həlak olması faktı təsdiqlənərsə, Polşa Respublikasının 1997-ci il Konstitusiyasının 131-ci maddəsinə görə, dövlət başçısı funksiyasını Seymin marşalı Bronislav Komorovski yerinə yetirəcək.
Polşa Prezidentinin həlak olması faktı təsdiqlənərsə, dövlət başçısı funksiyasını Seymin marşalı Bronislav Komorovski yerinə yetirəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Polşa Pezidenti Lex Kaçinskinin həlak olması faktı təsdiqlənərsə, Polşa Respublikasının 1997-ci il Konstitusiyasının 131-ci maddəsinə görə, dövlət başçısı funksiyasını Seymin marşalı Bronislav Komorovski yerinə yetirəcək.

Polşa Prezidenti Lex Kaçinskinin Tu-154 təyyarəsi şənbə günü Smolensk vilayətində yerə enərkən Şimal hərbi aerodromunun uçuş-enmə zolağının 300-400 metrliyində qəzaya uğrayıb. 87 nəfər həlak olub. Bu barədə RİA Novostiyə Rusiya FHN-in nümayəndəsi bildirib.

"Əgər respublika prezidenti müvəqqəti olaraq öz vəzifəsini icra etmək iqtidarında deyilsə, bu barədə Seymin marşalına məlumat verməlidir və o, müvəqqəti olaraq respublika prezidentinin səlahiyyətlərini öz üzərinə götürməlidir", - Polşa Respublikasının Konstitusiyasında deyilir. Aşağıdakı hallarda Seym marşalı respublikanın yeni prezidenti seçilənə kimi respublika prezidentinin səlahiyyətlərini icra etməlidir: respublika prezidentinin ölümü zamanı; prezident istefa verdikdə; prezident postuna seçkilər məhkəmə qaydasında etibarsız sayıldıqda və ya digər səbəblərlə əlaqədar vəzifənin icrasına başlamadıqda və digər hallarda.

Xəbər lenti

Xəbər lenti