Gürcüstan, Tbilisi, 16 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Parlamentinin sədri David Bakradze və bir qrup deputat Əfqanıstanda gürcü hərbi kontingentinin dislokasiya yerində olublar və hərbçilərlə görüşüblər.
Bakradze jurnalistlərə bildirib ki, bazanın girişində qollarında Gürcüstanın Dövlət Bayrağının təsvir edildiyi emblem olan gürcü əsgərləri görəndə "onu qürur hissi bürüyüb".
"Onlar yaxşı hazırlanmış və intizamlı ləyaqətli əsgərlərdir və Gürcüstanı onun hüdudlarından kənarda qoruyurlar", - Bakradze deyib.
Parlament nümayəndə heyəti dünən Əfqanıstandan qayıdıb.