...

Azərbaycanda son 5 ildə korrupsiya cinayətlərinə görə 265 cinayət işinin istintaqı məhkəməyə göndərilib

Siyasət Materials 19 Aprel 2010 12:16 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşrin və "Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı" kitabının təqdimat mərasimində idarənin rəisi Kamran Əliyev məlumat verilib.
Azərbaycanda son 5 ildə korrupsiya cinayətlərinə görə 265 cinayət işinin istintaqı məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda son 5 ildə korrupsiya cinayətlərinə görə 480 nəfər barəsində 265 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşrin və "Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı" kitabının təqdimat mərasimində idarənin rəisi Kamran Əliyev məlumat verilib.

Əliyevin sözlərinə görə, 2009-cu il və cari ilin ötən dövrü ərzində idarə tərəfindən 235 nəfər barəsində 133 cinayət işi məhkəməyə göndərilib.

"Məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olub", - Əliyev bildirib.

İdarə rəisi vurğulayıb ki, 2008-ci illə müqayisədə 2009-cu ildə vətəndaşlar tərəfindən idarəyə ünvanlanmış müraciətlərin sayının əhəmiyyətli şəkildə artaraq 324-ə çatması, dövlət orqanlarına əhalinin etimadının güclənməsi və möhkəmləndirilməsinin göstəricisidir.

İdarə rəsmisi qeyd edib ki, araşdırılmış cinayət xarakterli materialların və cinayət işlərinin mahiyyətində də mürəkkəbliyə doğru keyfiyyət dəyişiklikləri baş verib.

Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulan cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırması ilə əlaqədar idarədə istintaq olunan və baxılması üçün məhkəməyə göndərilmiş cinayət işi üzrə ölkəmizdə ilk məhkəmə hökmü çıxarılıb.

Xəbər lenti

Xəbər lenti