...

Azərbaycanın müxalifət partiyasına üzv olan keçmiş deputata vəzifə verilib

Siyasət Materials 20 Aprel 2010 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasına üzv olan keçmiş deputat beynəlxalq əlaqələr üzrə katib vəzifəsinə təyin edilib.

"Yusif Bağırzadənin bu vəzifəyə təyin olunması ilə bağlı sərəncamı partiyanın baş katibi Fuad Muxratov imzalayıb", - çərşənbə axşamı Trend-ə Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və informasiya xidmətindən bildirilib.

Bağırzadə AMİP Nizamnaməsinin 62-ci maddəsinə uyğun olaraq tutduğu vəzifəsinə görə həm də Siyasi Şuranın üzvü kimi fəaliyyət göstərəcək.

Yusif Bağırzadə bir müddət əvvəl AMİP-ə üzv olması ilə bağlı müraciət edib. Partiyanın Siyasi Şurasında onun müraciəti nəzərə alınaraq üzv qəbul olunmasına razılıq verilib.

Bağırzadə 1995-2000-ci illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədr müavini, ATƏT-in Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və MDB Parlament Assambleyasının, 2003-2006-cı illərdə isə Mərkəzi Seçki Komissiyasının üzvü olub.

АMİP 1992-ci ildə yаrаdılаn və Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər.

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Xəbər lenti

Xəbər lenti