...

Azərbaycanın müxalifət ittifaqının deputatlığa namizədlərinin sayı artıb

Siyasət Materials 26 Aprel 2010 15:01 (UTC +04:00)
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq seçki qərargahının fəaliyyətinin təkmilləşdirilməsi qərara alınıb.
Azərbaycanın müxalifət ittifaqının deputatlığa namizədlərinin sayı artıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq seçki qərargahının fəaliyyətinin təkmilləşdirilməsi qərara alınıb.

"Sədrlər Şurasının bu gün keçirilən iclasında daha 13 nəfərin adı deputatlığa namizədlərin siyahısına əlavə olunub və beləliklə, namizədlərin sayı 102-yə çatıb", - bazar ertəsi Trend-ə Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Musayevin sözlərinə görə, iclasda ittifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə görüşləri ilə də bağlı məsələyə baxılıb: "DUİ-də təmsil olunan bütün partiyalar belə qərara gəliblər ki, parlament seçkiləri ilə bağlı aparılan bu cür məsləhətləşmələr davam etdirilməlidir", - partiya sədri əlavə edib.

BAP sədri seyib ki, DUİ Müsavat Partiyası ilə məsləhətləşmələr aparmasına baxmayaraq, seçkilərə müstəqil hazırlığa da xüsusi önəm verir.

"Biz real müxalifətin Parlament seçkilərində əməkdaşlığını, hətta deputatlığa namizədlərin vahid siyahısı ilə iştirakını arzulayırıq. Amma eyni zamanda qarşı tərəflər də buna maraqlı olmalıdırlar", - Musayev vurğulayıb.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il Parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, azadlıq və milli-demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində böyük Azərbаycаn, nоyаbr аyındа isə xаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. 2009-cu ilin oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqda qərar verilib.

Xəbər lenti

Xəbər lenti