...

Azərbaycan deputatları Böyük Britaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 1 May 2010 14:52 (UTC +04:00)
Azərbaycan Parlamentinin sədr müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfərə edəcək.
Azərbaycan deputatları Böyük Britaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədr müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfərə edəcək.

"Parlament sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və deputat Azay Quliyev ATƏT-in müşahidəçi missiyasının tərkibində Böyük Britaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün mayın 3-dən 8-dək bu ölkədə səfərdə olacaqlar", - şənbə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Millət vəkilləri London şəhərindəki seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması ilə maraqlanacaq, burada keçiriləcək görüşlərdə Azərbaycanın seçki təcrübəsi barədə məlumat verəcəklər.

Xəbər lenti

Xəbər lenti