...

İlham Əliyev "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını təsis etdi

Siyasət Materials 4 May 2010 01:15 (UTC +04:00)
Azərbaycan Respublikasınln Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətin təsis edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTaj dövlət agentliyi yayib.
İlham Əliyev "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını təsis etdi

Azərbaycan Respublikasınln Prezidenti İlham Əliyev  Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətin təsis edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə cəmiyyətin nizamnaməsini və strukturunu təsdiq edilməsi; Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübənin öyrənməsi, cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi, cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi, cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi, bu sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi tapşırılmışdır.

Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həmçinin cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq edilməsi, telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması və beynəlxalq tələblərə uyğun tikintisi üçün qaytarılmaq şərti ilə növbəti illərin Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasının təmin edilməsi, Azərbaycan Respublikasının telekommunikasiya peyki orbitə çıxarılanadək, cəmiyyətin saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsinin təmin edilməsi, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi üçün cəmiyyətə müvafiq torpaq sahəsinin ayrılması üçün iki ay müddətində zəruri tədbirlərin görülməsi, bu sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçiriməsi tapşırılmışdır.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həmçinin Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə müvafiq Şura yaradılması tapşırılmışdır.

Ayrılmış vəsaitin qaytarılması məqsədi ilə xüsusi yığım fondu yaradılması və telekommunikasiya peykinin xidmətindən əldə olunan vəsaitin həmin fonda toplanması və Azərbaycan Respublikasının dövlət büdcəsinə qaytarılması tapşırılmışdır.

Xəbər lenti

Xəbər lenti