...

Hakim partiya "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" mövzusunda konfrans keçirəcək

Siyasət Materials 4 May 2010 10:44 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın yaradıcısı Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" mövzusunda konfrans keçirəcək.
Hakim partiya "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" mövzusunda konfrans keçirəcək

Azərbaycan, Bakı, 4 may /Trend, muxbir A.Hüseynbala/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın yaradıcısı Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" mövzusunda konfrans keçirəcək.

"Konfransın açılış mərasimində YAP İdarə Heyətinin üzvlərindən təhsil naziri Misir Mərdanov və Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Dövlər Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edəcək",  - məlumatı çərşənbə axşamı YAP-ın rəsmi saytı yayıb.

Konfrans plenar iclasdan sonra "Heydər Əliyev yolu - milli inkişaf strategiyası", "İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər və meyillər" və "Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr və perspektivlər" mövzusunda bölmə iclaslarında öz işini davam etdirəcəkdir.
Konfrans mayın 8-də "Gülüstan" sarayında keçiriləcək.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti