...

Bakıda Dövlət Neft Şirkətinə məxsus idarənin həyətində döyüş sursatının olması barədə məlumat daxil olub - FHN

Siyasət Materials 5 May 2010 15:13 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində partlamamış döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub.
Bakıda Dövlət Neft Şirkətinə məxsus idarənin həyətində döyüş sursatının olması barədə məlumat daxil olub - FHN

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında Dövlət Neft Şirkətinə məxsus idarənin həyətində mərmi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində partlamamış döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Məlum olub ki, qeyd olunan ərazidə idarənin əməkdaşları tərəfindən 3 ədəd artilleriya mərmisi aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aşkarlanmış döyüş sursatlarına baxış keçirib. Döyüş sursatının 1 ədəd 120 mm-lik və 1 ədəd 85 mm-lik qəlpəli artilleriya mərmisi, habelə 1 ədəd 120 mm-lik tank əleyhinə artilleriya mərmi olduğu müəyyən edilib.

Aşkarlanmış mərmilər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti