...

Minskin Bakiyevi təhvil verməkdən imtina etməsi Moskva və Astana ilə münasibətləri korlaya bilər – ekspert Aleksandr Knyazev

Siyasət Materials 6 May 2010 09:00 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevi bu ölkənin müvəqqəti hökumətinə təhvil verməkdən imtina etməsi Minskin Moskva, Astana və Bişkəklə münasibətlərini korlaya bilər. Qırğızıstan üzrə rusiyalı ekspert Aleksandr Knyazev belə hesab edir.
Minskin Bakiyevi təhvil verməkdən imtina etməsi Moskva və Astana ilə münasibətləri korlaya bilər – ekspert Aleksandr Knyazev

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir V.Javoronkova/

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevi bu ölkənin müvəqqəti hökumətinə təhvil verməkdən imtina etməsi Minskin Moskva, Astana və Bişkəklə münasibətlərini korlaya bilər. Qırğızıstan üzrə rusiyalı ekspert Aleksandr Knyazev belə hesab edir.

"Bakiyevin ekstradisiyasından imtina Minskin hələ Bişkək bir tərəfə qalsın, Moskva və Astana ilə onsuz da yaxşı olmayan münasibətlərini ciddi şəkildə poza bilər", - Knyazev elektron poçt vasitəsilə Trend-ə bildirib.

Çərşənbə axşamı Qırğızıstanın müvəqqəti hökuməti Bakiyevin eks-prezident statusundan və toxunulmazlıqdan məhrum edilməsi, eləcə də onun vətənə qaytarılmasına dai tədbir görülməsi haqqında dekret qəbul edib.

Keçmiş prezidentin hazırda gizləndiyi Belarusun lideri əvvəlki kimi Qırğızıstanın yeganə legitim rəhbəri kimi gördüyü Bakiyevi təhvil verməyəcəyini təsdiqləyib.

Lukaşenko xəbərdarlıq edib ki, Minskdən Kurmanbek Bakiyevin təhvil verilməsi barədə tələblər rədd ediləcək.

"Mənə heç kim rəsmən müraciət etməyib. Və dərhal demək istəyirəm ki, bu müraciətlər faydasız və onlar üçün (Qırğızıstanın müvəqqəti hökuməti) alçaldıcı olacaq, çünki onlar bilirlər ki, Lukaşenkodan cavab necə olacaq. Qırğızıstan prezidenti Belarus dövləti və prezidentinin himayəsi altındadır", - Lukaşenko deyib. Bu barədə İnterfaks xəbər verib.

Knyazevin fikrincə, Qırğızıstan rəhbərliyindən rəsmi tələb aldıqdan sonra Lukaşenkonun necə hərəkət edəcəyini söyləmək çətindir. Lakin istənilən halda onun Bakiyevi təhvil verməkdən imtinası onun özünü bütün MDB-yə və Belarusun özünün maraqlarına qarşı qoyması demək olacaq.

"Güman etmək çətindir ki, Lukaşenko kimə və nədən şikayət etmiş olacaq, - politoloq bildirib, - müvəqqəti hökumət ehtiyatlı olsa da artıq de-fakto olaraq Belarusdan başqa Qırğızıstanın əsas xarici tərəfdaşları tərəfindən tanınıb".

Ekspertin fikrincə, Bakiyevin prezident toxunulmazlığından məhrum edilməsi, ona və bəzi qohumlarına və yaxınlarına qarşı cinayət işinin qaldırılması barədə qərar əsassız qəbul edilməyib.

"Ən azı Bakiyev və onun silahdaşları aprelin 7-də baş verən hadisələrə görə məsuliyyət daşımalıdırlar, çox güman ki, müvəqqəti hökumətin və prokurorluğun onlara cinayət məcəlləsinin maddələrinə uyğun gələn başqa sualları da var", - o deyib.

Aprelin əvvəllərində bütün Qırğızıstanda baş vermiş üsyan və mitinqlər nəticəsində Bakiyev hakimiyyəti devrilib. İğtişaşlar zamanı onlarla insan həlak olub, yüzlərlə adam yaralanıb.

Xəbər lenti

Xəbər lenti