...

Azərbaycan Prezidenti İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 65-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 May 2010 12:10 (UTC +04:00)
Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/ Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 65-cü ildönümü münasibətilə mayın 7-də Bakıda keçirilən təntənəli mərasimdə iştirak edib.
Azərbaycan Prezidenti İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 65-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Üçüncü abzasdan sonra AzərTAc dövlət informasiya agentliyinin məlumatı əlavə olunub.

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 65-cü ildönümü münasibətilə mayın 7-də Bakıda keçirilən təntənəli mərasimdə iştirak edib.

Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə sanballı töhfə verib. Bu qələbənin əldə olunmasında, SSRİ-nin bu müharibədə qazandığı tarixi qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların, təxminən, yarısı döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliklərə görə, ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb; 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan - Berlinədək şanlı döyüş yolu keçib; yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaq.

Böyük Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.

AzərTAc dövlət informasiya agentliyinin isə yaydığı məlumatda qeyd olunub ki, Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyət nümayəndələri, paytaxt sakinləri Prezident İlham Əliyevi hörmət və ehtiramla qarşılayıbar.
 
Dövlətimizin başçısı müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə günü münasibətilə təbrik edib.

Dövlətimizin başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.
 
Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.
 
Azərbaycan Prezidenti İlham Əliyev sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşdü, Qələbə günü münasibətilə onları təbrik etdi.

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti