Gürcüstan, Tbilisi, 7 may /Trend, müxbir N.Kirsxaliya /
Gürcüstan Parlamentinin keçmiş spikeri, "Demokratik hərəkat - vahid Gürcüstan" müxalifət partiyasının hazırkı lideri Nino Burcanadze Böyük Vətən müharibəsindəki Qələbənin şərəfinə keçiriləcək paradda iştirak edəcək. Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Burcanadze parada fəxri qonaq kimi dəvət olunub.
O da bildirilib ki, Burcanadze Moskvaya səfəri çərçivəsində rəsmi görüşlər keçirməyəcək.
Bu il Qələbənin 65 illiyi xüsusi vüsətlə qeyd edilir və dünyanın bir çox ölkələrinin liderləri Moskvaya toplaşacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin