...

Gürcüstan müharibəyə başlamayacaq – Baş nazirin müavini

Siyasət Materials 11 May 2010 16:54 (UTC +04:00)
Gürcüstan müharibəyə başlamayacaq və buna zəmanət kimi altı bənddən ibarət sazişi göstərmək olar. Burada Gürcüstanın mövqeyi birmənalı olaraq göstərilib.
Gürcüstan müharibəyə başlamayacaq – Baş nazirin müavini

Gürcüstan, Tbilisi, 11 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan müharibəyə başlamayacaq və buna zəmanət kimi altı bənddən ibarət sazişi göstərmək olar. Burada Gürcüstanın mövqeyi birmənalı olaraq göstərilib. Bu barədə Baş nazirin müavini, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili Abxaziyanın de-fakto "xarici işlər naziri" Maksim Qvinciyanın bəyanatına cavab olaraq bildirib.

Qvinciya bildirib ki, əgər Gürcüstan tərəfi müharibənin bərpa olunmayacağına zəmanət verəcəksə, abxazlar birbaşa dialoqa hazırdırlar.

Yakobaşvilinin sözlərinə görə, əgər Rusiya ilə belə sənədin imzalanması zəruri olarsa, o zaman gürcü tərəfi yalnız beynəlxalq zəmanətin mövcud olacağı təqdirdə buna hazırdır.

Xəbər lenti

Xəbər lenti