Dağlıq Qarabağda yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlı əhali üçün suveren Azərbaycan dövləti çərçivəsində özünüidarəetmə uğurla təşkil edilə bilər - Prezident İlham Əliyev

Dağlıq Qarabağda yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlı əhali üçün suveren Azərbaycan dövləti çərçivəsində özünüidarəetmə uğurla təşkil edilə bilər - Prezident İlham Əliyev

Dağlıq Qarabağda hazırda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlı əhali üçün suveren Azərbaycan dövləti çərçivəsində özünüidarəetmə uğurla təşkil edilə bilər, bunu Prezident İlham Əliyev cümə axşamı Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra mətbuat qarşısında etdiyi bəyanatında deyib.

"Millətlərin öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə isə, hər şeydən əvvəl, qeyd etmək istərdim ki, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların Ermənistan dövləti vardır və ermənilərin məntiqi ilə onlar yaşadıqları bütün yerlərdə öz müqəddəratlarını təyin etməyə cəhd etsələr, o zaman dünyada çoxlu erməni dövləti olar" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı bildirib ki, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar prosesini də müzakirə ediblər.

"Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ bölgəsi və Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonumuz 15 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal uzun illərdir ki, davam edir. Uzun illərdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunan ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl etmir. Bu münaqişə yalnız beynəlxalq səviyyədə qəbul edilən normalar, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir" Azərbaycan Prezidenti nitqində söyləyib.

İlham Əliyev Serbiya Prezidentinin Azərbaycana ilk dəfə səfər etməsindən çox şad olduğunu vurğulayıb.

"Bu, ikitərəfli münasibətlərimiz tarixində Serbiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizin bundan sonra da sürətlə inkişaf etməsi üçün çox yaxşı imkanlar yaradacaqdır. Bizim münasibətlər çox uğurla inkişaf edir. Biz çox güclü siyasi dialoq qurmuşuq. Əminəm ki, bu gün ikitərəfli münasibətlərimizlə bağlı müzakirə etdiyimiz bütün məsələlər, qəbul etdiyimiz qərarlar və imzaladığımız sənədlər tezliklə icra ediləcəkdir. Bu, ölkələrimizə indikindən də daha yaxın olmağa imkan yaradacaqdır. Bu gün biz ikitərəfli münasibətlərlə bağlı geniş əhatə dairəsi olan məsələləri, beynəlxalq münasibətlərlə və beynəlxalq vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Bir daha xatırlatmaq istərdim ki, bizim ölkələr beynəlxalq miqyasda bir-birini dəstəkləyir. Bu dəstək çox güclüdür və əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Biz Serbiyanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Biz bir ölkənin razılığı olmadan onun sərhədlərinin dəyişdirilməsini tam yolverilməz hesab edirik və Kosovonun birtərəfli qaydada müstəqilliyini bəyan etməsi qeyri-qanuni bir addımdır. Əfsuslar olsun ki, bəzi ölkələr onu tanıyıb. Lakin mən əminəm ki, beynəlxalq hüququn norma və prinsiplərinə bütün ölkələr tərəfindən riayət edilməlidir. Biz həmin təşkilatlara beynəlxalq birliyin üzvü olmaq, bu təşkilatların norma və prinsiplərini, suveren hüquqlarımızı müdafiə etmək imkanına qadir olmaq məqsədi ilə daxil omuşuq" dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu çoxkonfessiyalı və çoxmillətli bir ölkədir.

"Müxtəlif etnik qrupların nümayəndələri, müxtəlif dini köklərə malik olan insanların hamısı ölkəmizdə eyni hüquq və azadlıqlara malikdirlər. Bu gün biz, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı məsələləri də müzakirə etdik. Bu əməkdaşlığı genişləndirmək və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istək mövcuddur. Əsas diqqət yönəltdiyimiz məsələlər sırasında enerji sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Düşünürəm ki, bu sahədə uzunmüddətli və geniş əməkdaşlığımız üçün çox yaxşı imkanlar vardır. Azərbaycanın enerji ehtiyatları, neft və qaz dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə nəql olunur. Biz şaxələndirmənin yeni istiqamətləri üzərində işləyirik. Azərbaycan artıq regionumuzda enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Ümidvaram ki, yaxın gələcəkdə Avropanın da enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayacaqdır. Düşünürəm ki, bu baxımdan ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı, faydalı və çox səmərəli ola bilər. Cənab Prezident, mən çox məmnunam ki, Sizi çoxlu iş adamları müşayiət edir və onlar ölkəmizdəki tərəfdaşları ilə görüşmək imkanı əldə edirlər. Əminəm ki, bu tərəfdaşlığın yaxşı nəticələrini yaxın zamanlarda görəcəyik. Biz Serbiyada, Azərbaycanda, ola bilər ki, digər ölkələrdə qarşılıqlı investisiya layihələrində maraqlıyıq. Biz iş adamlarımızın ölkələrimizdə, yerləşdiyimiz regionda biznes fəaliyyətləri üçün daha yaxşı imkan yaratmaqdan ötrü səylərimizi birləşdirə, yerləşdiyimiz coğrafi mövqedən istifadə edə bilərik. Bir sözlə, əminəm ki, Azərbaycan ilə Serbiya arasında olan güclü münasibətlər ölkələrimiz və xalqlarımız üçün faydalı olmaqla yanaşı, regional səviyyədə daha yaxşı anlaşmaya da xidmət edəcəkdir. Balkanlar, Xəzər dənizi, Qara dəniz, Qafqaz - biz hazırda bu coğrafi bölgələrdə daha yaxşı anlaşmanın necə əldə olunması üzərində işləyirik. Əminəm ki, Azərbaycan və Serbiya ümumi tərəfdaşlıq və dostluq işinə öz uğurlu töhfəsini verəcəkdir. Biz daha çox sahələri müzakirə etdik. Əlbəttə ki, mədəniyyət və humanitar sahələr çox önəmli sahələrdir. Biz bir-birimizi daha yaxından tanımalı, qarşılıqlı səfərləri intensivləşdirməliyik və artıq gələcək təmaslarımızın proqramını razılaşdırmışıq" İlham Əliyev deyib.

Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında Rəcəb Tayyib Ərdoğanı qarşılayıb - CANLI (YENİLƏNİB)
Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında Rəcəb Tayyib Ərdoğanı qarşılayıb - CANLI (YENİLƏNİB)
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə Prezidenti Azərbaycana yola düşüb
Türkiyə Prezidenti Azərbaycana yola düşüb
Loading Bars
Xəbər lenti
Sabah hava yağışsız keçəcək
Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında Rəcəb Tayyib Ərdoğanı qarşılayıb - CANLI (YENİLƏNİB)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib
Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Külli miqdarda qanunsuz spirtli içki aşkar edilib
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb
Əlillərə əmək pensiyası təyinatı hansı qaydada aparılır?
DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)
Dövlət orqanlarında 58 vakant vəzifə üzrə müsahibə elan edilib
İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb - DSMF
Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilən təqaüdün məbləği açıqlandı
Türkiyə Prezidenti Azərbaycana yola düşüb
Prezident Ərdoğanın Azərbaycan səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır - Türkiyə PA
Gələn ilin dövlət büdcəsinin 40 faizə yaxını sosial yönümlü olacaq
Sürətli bərpa, müasir şərait, vətəndaş məmnunluğu - Erməni terrorundan zərərçəkmiş vətəndaşlar yeni evlərə köçüb (FOTO/VİDEO)
NFC ödənişləri artıq Rabitəbankda!
Qış Olimpiya Oyunlarında peyvənd olunmayan idmançılar 21 gün karantinə alınacaq
Çində üç yaşdan yuxarı uşaqların vaksinasiyası başlayacaq
Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib (FOTO)
Şahmar Mövsümov yenidən Beynəlxalq Bankın Müşahidə Şurasının sədri təyin edilib
Bakıda beşmərtəbəli binanın tikintisi dayandırıldı (FOTO/VİDEO)
Kapital Bank gömrük rəsmiləşdirilməsi üçün güzəştli kredit təklif edir
Premium mənzillər üçün ipoteka şərtlərində YENİLİK! (FOTO)
Gəncədə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Şuşaya qar yağır (VİDEO)
Bəzi qüvvələr bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır - Ramil Usubov
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır - Əli Nağıyev
DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılışı olub (FOTO)
Oktyabr ayı üzrə bütün sosial ödənişlər həyata keçirilib
Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)
Sosial xidmətlərlə bağlı elektron portaldan 9 ayda 7,4 milyon dəfə istifadə edilib
Azərbaycanda yeni medallar təsis edilir
Polis idarəsindən silah oğurlayan polis əməkdaşlarının məhkəməsi başladı
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib (FOTO)
Çaylarda sululuq ötən illə müqayisədə artıb
Bakıda “Gelandewagen” YPX avtomobilinə çırpıldı, polis xəsarət aldı (VİDEO)
"CV yarat" platforması istifadəyə verilib
Azad edilmiş ərazilər sürətlə abad olunur - TƏHLİL
Xarici valyutaların manata qarşı məzənnələri
Nyu Yorkda fövqəladə vəziyyət elan edilib
Koronavirusun "AY.4.2" variantı ciddi yanaşılmalı mutasiyadır - Mütəxəssis
Bakıda mənzildən kişi meyiti tapılıb
"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb
Bakı-Sumqayıt yolunda güclü tıxac yaranıb (FOTO/VİDEO)
Azərbaycan və Qırğızıstan nəqliyyat sahəsində saziş imzalamağı planlaşdırır (ÖZƏL)
Qazaxıstanda koronavirusa daha 1 353 nəfər yoluxub
Nyu York metrosunda atışma olub
"Facebook"un gəliri artıb
Bayden qlobal istiləşmənin zərərini qiymətləndirdi
İspaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötüb
ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
Polşa Moldovaya 1 milyon kubmetr qaz tədarük edəcək
Ərdoğan ABŞ və bir sıra ölkələrin Türkiyədəki səfirliklərinin açıqlamalarını alqışlayıb
Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 140 nəfər yaralanıb
BMT TŞ Sudandakı vəziyyəti müzakirə edə bilər
"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb
Qaxda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 30 824 nəfər sağalıb
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert
Qubadlı sakini Birinci xanım Mehriban Əliyevaya kəlağayı bağışladı (FOTO/VİDEO)
Azərbaycan FAO ilə tərəfdaşlıq proqramının müddətini uzadır
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
Bütün xəbərlər