...

Naxçıvanın yubileyi Sankt-Peterburqda qeyd olunub (FOTO)

Siyasət Materials 14 May 2010 11:11 (UTC +04:00)
Naxçıvanın 85 illik yubileyi ilə bağlı Sankt-Peterburqa gələn Muxtar Respublikanın nümayəndə heyəti Rusiya Milli Kitabxanasında rəsmi görüş keçirib.
Naxçıvanın yubileyi Sankt-Peterburqda qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Hüseynbala/

Naxçıvanın 85 illik yubileyi ilə bağlı Sankt-Peterburqa gələn Muxtar Respublikanın nümayəndə heyəti Rusiya Milli Kitabxanasında rəsmi görüş keçirib.

"Tədbir Sankt-Peterburqun qanunverici məclisi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib", - cümə günü Trend-ə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun mətbuat xidmətindən bildirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov Naxçıvanın sosial-iqtisadi inkişafı haqqında geniş məlumat verdi. Həsənov Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun adından Rusiya Milli Kitabxanasının fondunda saxlanılması üçün Naxçıvan tarixini, mədəniyyətini və ədəbiyyatını əks etdirən kitablar hədiyyə edib.

Azərbaycanın baş konsulu Qüdsi Osmanov deyib ki, Sankt-Peterburqda yaşayan xalqlarla yanaşı, naxçıvanlılar da şəhərin ictimai və iqtisadi həyatında aktiv iştirak edirlər və yaxın zamanlarda Sankt-Peterburq sakinlərinin Naxçıvan haqqında daha çox məlumat əldə etmək imkanları olacaq.

Naxçıvan nümayəndə heyəti Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Proxorenko ilə də görüşüb.

"Həsənov Naxçıvanın yubileyinə həsr edilmiş konfransın keçirilməsinə şərait yaradılmasına görə, Naxçıvan Ali Məclisinin sədri Talıbovun adından minnətdarlığını bildirib. Nümayəndə heyətinin rəhbəri Naxçıvanın iqtisadi inkişafı və investisiya mühiti barədə məlumat verib və Leninqradın 900 gün blokadada qalmasını, Naxçıvanın isə hazırda blokada şəraitində yaşadığını qeyd edib. Proxorenko bu ilin 4-cü rübündə Bakıda keçiriləcək Sankt-Peterburq Administrasiyası və Azərbaycan Respublikası Hökumətlərarası Komissiyanın iclasında Naxçıvan Muxtar Respublikasının da nümayəndəsinin iştirakını məqsədəuyğun hesab edib", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti