...

Azərbaycanda səfərdə olan Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 17 May 2010 15:23 (UTC +04:00)
Mayın 17-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanda səfərdə olan Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Mayın 17-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verib. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan rəsmi foto çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti