Gürcüstan, Tbilisi, 21 may /Trend, müxbir N.Kirsxaliya/
İsveçin xarici işlər naziri Karl Bildt mayın 22-də Gürcüstana səfər edəcək. Bu barədə Trend-ə Gürcüstan XİN-dən məlumat verilib.
Səfər çərçivəsində Bildt gürcü həmkarı Qriqol Vaşadze ilə görüşəcək və onunla ikitərəfli əməkdaşlıq, həmçinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası məsələlərini müzakirə edəcək.
İsveç Gürcüstanı 2008-ci ilin avqustunda Rusiya ilə baş verən münaqişə zamanı birmənalı şəkildə dəstəkləyib.
İsveçin XİN rəhbəri Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə də görüşəcək.