...

Dağıstan Prezidentinin Azərbaycana səfəri başlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 May 2010 13:03 (UTC +04:00)
Mayın 24-də Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Azərbaycana səfərə gəlib, - bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Dağıstan Prezidentinin Azərbaycana səfəri başlayıb (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Son üç abzas əlavə olunub

Mayın 24-də Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Məhəmmədsalam Məhəmmədov Azərbaycana səfərə gəlib, - bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dağıstan Respublikasının başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Məhəmmədsalam Məhəmmədov mayın 24-də Şəhidlər xiyabana gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Ali qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Məhəmmədsalam Məhəmmədov mayın 24-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Xəbər lenti

Xəbər lenti