...

Azərbaycanlıların İsraildən vətənə yola salınmaları logistik məsələdir – səfir

Siyasət Materials 3 İyun 2010 13:52 (UTC +04:00)
Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanının İsrail tərəfindən saxlanılan gəmilərindəki iki Azərbaycan vətəndaşının vətənə yola salınması logistik məsələdir. Bu barədə Trend-ə İsrailin Azərbaycandaki səfiri Mixail Lavon-Lotem məlumat verib.
Azərbaycanlıların İsraildən vətənə yola salınmaları logistik məsələdir – səfir

Azərbaycan,Bakı, 3 iyun /Trend, müxbir Ü. Sadıxova/

Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq karvanının İsrail tərəfindən saxlanılan gəmilərindəki iki Azərbaycan vətəndaşının vətənə yola salınması logistik məsələdir. Bu barədə Trend-ə İsrailin Azərbaycandaki səfiri Mixail Lavon-Lotem məlumat verib.

Səfirin sözlərinə görə, Azərbaycan vətəndaşları çox ehtimal ki, Təl-Əvivdən birbaşa reyslə yola salınacaqlar, lakin onların yola salınmasının konkret detalları barədə hələlik məlumat verilmir.
Səfir deyib ki, azərbaycanlıların adları məlumdur, lakin onlar açıqlanmır. Onların kişi cinsinin nümayəndələri olduqları məlumdur.

İsrail XİN-in rəsmi nümayəndəsi Trend-ə məlumat verib ki, çərşənbə günü axşama olan məlumata görə, azərbaycanlılar hələ də İsraildədirlər.

İsrail xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyat qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

Xəbər lenti

Xəbər lenti