...

İranın Azərbaycandakı səfiri türkiyəli həmkarına başsağlığı verib

Siyasət Materials 3 İyun 2010 13:43 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami ötən gecə Türkiyənin Bakıdakı səfiri Hulusi Qılıcla telefon danışığı apararaq, "Azadlıq karvanı"nda türkiyəli vətəndaşların ölümü ilə bağlı bu ölkənin səfirinə başsağlığı verib. Bunu İranın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Trend-ə bildirib.
İranın Azərbaycandakı səfiri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan, Bakı, 3 iyun /Trend müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami ötən gecə Türkiyənin Bakıdakı səfiri Hulusi Qılıcla telefon danışığı apararaq, "Azadlıq karvanı"nda türkiyəli vətəndaşların ölümü ilə bağlı bu ölkənin səfirinə başsağlığı verib. Bunu İranın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Trend-ə bildirib.

İsgəndəri əlavə eidb ki, Bəhrami öz türkiyəli həmkarı ilə telefon danışığında İsrail rejimi tərəfindən "Azadlıq karvanı"na hücumun bütün beynəlxalq prinsiplərə zidd və bağışlanmaz olduğunu bəyan edib.

İsrail xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzzə sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyatın qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

Xəbər lenti

Xəbər lenti