Gürcüstan, Tbilisi, 4 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Konstitusiyasına əlavə və düzəlişlərin edilməsi haqda təməl layihəsinə Venesiya Komissiyasının iyunun 4-5-də keçiriləcək plenar iclasında baxılacaq.
Gürcüstan Dövlət Konstitusiya Xidmətinin mətbuat bölümünün məlumatına görə, iclasın işində komissiyanın sədri Avtandil Demetraşvili, onun üzvləri Levan Bodzaşvili və Dmitri Dzaqnidzxe iştirak edəcəklər.
Mayın 11-də Dövlət Konstitusiya Komissiyasının iclasında layihə komissiyası sədrinin rəhbərliyi altında hazırlanan təməl variant qəbul edilib.
Bu layihəyə uyğun olaraq, prezidentin və icra hakimiyyətinin funksiyaları dəqiq şəkildə göstərilib və balanslaşdırılıb; icra hakimiyyətinin komplektləşdirmə planına parlamentin funksiyaları, eləcə də prezidentə və hökumətə nəzarət artırılıb.