...

Özbəkistan səfiri Rusiya Prezidentinə etimadnamələr təqdim edib

Siyasət Materials 4 İyun 2010 13:11 (UTC +04:00)
Özbəkistanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Ziyadulla Poladxocayev cümə axşamı Prezident Dmitri Medvedevə etimadnamələr təqdim edib.
Özbəkistan səfiri Rusiya Prezidentinə etimadnamələr təqdim edib

Özbəkistan, Daşkənd, 4 iyun /Trend, müxbir, D.Əzizov/

Özbəkistanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Ziyadulla Poladxocayev cümə axşamı Prezident Dmitri Medvedevə etimadnamələr təqdim edib.

Xəbər verildiyi kimi, Özbəkistan Senatı Ziyadulla Polatxocayevi cari ilin 8 mayında Moskvada diplomatik missiyanın rəhbəri təyin etmişdi.

Z.Polatxocayev katibliyin rəisi, Özbəkistanın Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə idarə rəisi vəzifələrində çalışıb. 2007-ci ildən etibarən hal-hazırkı vəzifəsinə təyin edildiyi günə qədər, Qırğızıstanda diplomatik missiyaya rəhbərlik edib.

İlhamcan Nemətov cari ilin fevral ayından etibarən, Özbəkistanın ABŞ-da səfiri vəzifəsində çalışır.

Xəbər lenti

Xəbər lenti