Gürcüstan, Tbilisi, 4 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti ilə birgə Rumıniyada rəsmi səfərdə olan ölkənin Baş nazirinin müavini Giorgi Baramidze Almaniyaya yollanıb.
Trend-ə Baş nazirin müavininin aparatından verilən xəbərə görə, Berlində bu gün 27-ci qlobal təhlükəsizlik məsələləri üzrə beynəlxalq seminar öz işinə başlayır. Baramidze seminarın işində iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi gözlənilir. Bu günə Gürcüstanın Baş naziri müavininin Almaniyanın xarici işlər nazirinin müavini Volf-Ruthart Bornla görüşü planlaşdırılıb. Baramidze alman siyasətçisinə ölkədə gedən demokratik proseslər, ölkənin NATO və Avropa İttifaqına inteqrasiyasının perspektivləri, Rusiya-Gürcüstan münaqişəsi, Gürcüstanın işğal altında olan ərazilərində insan haqlarının kobudcasına pozulması faktları, həmçinin münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin fəal dəstəyinin əhəmiyyəti barədə məlumat verib.