Prezident İlham Əliyev "Fərdi məlumatlar haqqinda" Azərbaycan Respublikasi qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezidentin fərmanına əsasən, "Fərdi məlumatlar haqqında" qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Fərdi məlumatlar haqqında" qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırıldı.
Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasının təmin edilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırıldı.
Prezident İlham Əliyev "Fərdi məlumatlar haqqinda" Azərbaycan Respublikasi qanununun tətbiq edilməsi barədə fərman imzalayıb
Prezident İlham Əliyev “Fərdi məlumatlar haqqinda” Azərbaycan Respublikasi qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.
