...

Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi statusu ilə bağlı Gürcüstan tərəfi ilin sonuna qədər ciddi dəyişikliklər gözləmir

Siyasət Materials 7 İyun 2010 16:14 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi statusunun ləğv edilməsi hazırkı mərhələdə hələ ki, Aİ-də daxili müzakirələrin mövzusudur.
Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi statusu ilə bağlı Gürcüstan tərəfi ilin sonuna qədər ciddi dəyişikliklər gözləmir

Gürcüstan, Tbilisi, 7 iyun /Trend, müxbir N.Kirsxaliya/

Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi statusunun ləğv edilməsi hazırkı mərhələdə hələ ki, Aİ-də daxili müzakirələrin mövzusudur. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya ənənəvi bazar ertəsi brifinqində bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfinin ehtimallarına əsasən, ilin sonuna qədər bu sahədə hər hansı "ciddi dəyişikliklər" baş verməyəcək.

"Biz prosesin gedişatını diqqətlə izləyirik. Hələ ki, hər hansı bir ajiotaj üçün əsas görmürük", - Calaqaniya deyib.

Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi statusunun ləğvinin mümkünlüyü barədə ötən həftə Avropa komissarı Ketrin Eşton bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti