...

Azərbaycan Prezidenti ilə Türkiyə Baş nazirinin görüşü olub

Siyasət Materials 7 İyun 2010 19:46 (UTC +04:00)
Bazar ertəsi İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Azərbaycan Prezidenti ilə Türkiyə Baş nazirinin görüşü olub

Bazar ertəsi İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında təbii qazla bağlı imzalanacaq sənədlərin Azərbaycan ilə Türkiyənin energetika sahəsində əməkdaşlığında yeni mərhələ olduğu bildirilib və bu sənədlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Türkyə arasında energetika sahəsində və bütün digər sahələrdə əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə edib, bu hadisə zamanı günahsız Türkiyə mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığını çatdırıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır.

Xəbər lenti

Xəbər lenti