...

İstanbulda zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları gəmi ilə Bosfor boğazında gəzintiyə çıxıblar

Siyasət Materials 8 İyun 2010 00:24 (UTC +04:00)

İstanbulda iyunun 7-də keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları gəmi ilə Bosfor boğazında gəzintiyə çıxıblar. Bu barədə məlumatı Azər TAc dövlət informasiya agentliyi yayıb.

Sonra "Dolmabaxça" sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak etmişdir.

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti