...

Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, deputatlığa namizədlər üçün dövlət büdcəsindən ayrılan vəsait ləğv olunacaq

Siyasət Materials 9 İyun 2010 12:05 (UTC +04:00)
Azərbaycan Parlamentində "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, deputatlığa namizədlər üçün dövlət büdcəsindən ayrılan vəsait ləğv olunacaq

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentində "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının deputatlarının Məcəlləyə dəyişiklik və əlavələrə dair təklifləri daxil olub.

Komitənin sədri Əli Hüseynov bildirib ki, Məcəlləyə 33 əlavə və dəyişikliyin edilməsi təklif olunub. Əlavə və dəyişikliklərin əsası deputatlığa namizədlər üçün dövlət büdcəsindən ayrılan vəsaitin ləğvi, seçkilərin elan olunmasının 75 gündən 60 günə endirilməsi, seçki dairələrinin siyahılarının seçki gününə 55 gün qalmış təsdiqlənməsi, 50 gün qalmış dərc edilməsidir.

Dəyişikliklərdən biri dairə seçki komissiyaları ilə bağlıdır. DSK-ların təşkili seçki gününə, azı, 50 gün qalmış təşkil edilməlidir. Seçici siyahılarının tərtib edilməsi müddəti də azaldılıb. Səsvermə gününə, azı, 20 gün qalmış siyahılar məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilməlidir.

Namizədlərin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə, ən çoxu, 50, ən azı, 30 gün qalmış təqdim olunmalıdır.

Seçki Məcəlləsinə qəbul olunduğu 2003-cü ildən bəri 10 dəfə əlavə və dəyişiklik edilib.

Komitə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunandan sonra Parlamentin sessiyasına tövsiyyə olunub.

Xəbər lenti

Xəbər lenti