...

Azərbaycan Parlamentinin sədri Avropa Şurası ölkələri parlament sədrlərinin konfransında iştirak edəcək

Siyasət Materials 9 İyun 2010 15:44 (UTC +04:00)
Azərbaycan Parlamentinin sədri Avropa Şurası ölkələri parlament sədrlərinin konfransında iştirak edəcək.
Azərbaycan Parlamentinin sədri Avropa Şurası ölkələri parlament sədrlərinin konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti iyunun 10-dan 12-dək Kiprin Limassol şəhərində Avropa Şurası ölkələri parlament sədrlərinin konfransında iştirak edəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib.

Nəsirovun sözlərinə görə, parlament sədrlərinin Avropa konfransında "Parlamentdə müxalifətin hüquq və vəzifələri", "Milli parlamentlər və beynəlxalq insan hüquqları: diskriminasiyaya qarşı prinsiplərin həyata keçirilməsi" mövzuları müzakirə olunacaq.

Nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

"Səfər zamanı Milli Məclis sədrinin tədbirdə iştirak edən parlament nümayəndələrinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir", - Nəsirov bildirib.

Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev iyunun 12-də konfrans çərçivəsində Avropa Şurası ölkələri parlamentlərinin baş katiblərinin növbəti iclasında iştirak edəcək. İclasda Parlament Tədqiqatı və Sənədləşmə üzrə Avropa Mərkəzinin ötən dövrdə fəaliyyəti ilə bağlı hesabat, bu sahədə növbəti illər üçün prioritetlər və proqram ətrafında fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti