...

Azərbaycanın Baş Prokurorluğunda struktur dəyişiklikləri edilib

Siyasət Materials 10 İyun 2010 18:07 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğunda struktur dəyişiklikləri edilib
Azərbaycanın Baş Prokurorluğunda struktur dəyişiklikləri edilib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması, eyni zamanda, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində cinayət işlərinə baxılmasında prokurorların iştirakının səmərəliliyinin artırılması məqsədilə Baş Prokurorluq üzrə müvafiq əmrlə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturu təkmilləşdirilməklə tərkibində Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbə yaradılıb. Məlumatı cümə axşamı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Baş Prokurorluq üzrə digər əmrlə Mircavan Rza oğlu Kazımov həmin şöbəyə rəis vəzifəsinə təyin edilib. Kazımov 1986-cı ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2007-ci ildən etibarən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb. Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir.

Xəbər lenti

Xəbər lenti